
"Qarabağ" hazırda çox yaxşı formadadır"
İspaniyanın "Atletik" klubunun yarımmüdafiəçisi Mikel Xaureqisar UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ”a qarşı keçiriləcək III tur oyunu barədə fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, AS nəşrinə danışan 21 yaşlı futbolçu Ağdam klubu barədə müsbət fikirlər səsləndirib.
O, vacib matça çıxacaqlarını bildirib: "Komandamızı istəkli və motivasiyalı görürəm. Artıq Çempionlar Liqasında 3 xal qazanmağın vaxtıdır. "Qarabağ" hazırda çox yaxşı formadadır. Ona görə də bunu etmək çətin olacaq".
Futbolçu Azərbaycan təmsilçisinin 6 xalla liderlər qrupunda olmasının onu təəccübləndirmədiyini vurğulayıb: "Çempionlar Liqasına heç bir komanda təsadüfən düşməyib. Onların yaxşı oyunçuları var və 2 matçdan maksimum xal qazanıblar. Biz öz azarkeşlərimizin qarşısında oynayacağıq. Çətin matç olacağını gözləyirəm, amma oyuna nəzarəti ələ alıb 3 xal qazana bilərik”.
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.