Alaba yenə zədələndi

  • Bu gün, 15:32

"Real"ın müdafiəçisi David Alaba La Liqada "Xetafe"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda baldırını zədələyib.

Sportlife.az xəbər verir ki, 33 yaşlı futbolçu klubun məşq mərkəzində müayinədən keçəcək.

Avstriyalı oyunçu əvvəllər menisk zədəsindən əziyyət çəkib.

Alaba 2025/26 mövsümündə 5 matçda qol vura bilməyib.


Paylaş: