
"Santyaqo Bernabeu"da oynamaq arzudur"
"Yuventus"un yarımmüdafiəçisi Kənan Yıldız Çempionlar Liqasında "Santyaqo Bernabeu"da "Real"a qarşı keçiriləcək oyundan gözləntilərini bölüşüb.
Sportlife.az xəbər verir ki, türkiyə vinger həmin areanda oynamağın hər bir futbolçu üçün önəmli olduğunu bildirib:
"Məncə, bu, dünyanın ən yaxşı stadionlarından biridir və indi orada oynamaq imkanı gerçəkləşən bir arzudur".
Çempionlar Liqasında belə bir klubla qarşılaşmaq sadəcə heyrətamizdir. Ümid edirəm ki, hər şey yaxşı olacaq və mən əla oyun keçirə biləcəyəm”.
"Real" - "Yuventus" oyunu oktyabrın 23-də keçiriləcək.