Endrik qərarını verdi

  • Bu gün, 10:27

"Real" hücumçusu Endrik Avropa nəhənglərinin artan marağına baxmayaraq, klubu tərk etmək istəmir.

Sportlife.az xəbər verir ki, bu, isə Madrid təmsilçisinin narahatlığına səbəb olub. Onlar hesab edirlər ki, futbolçu öz inkişafı üçün icarəyə getməyi düşünməlidir.

"Real"ın idman direktoru Serxio Rodriges artıq futbolçu və onun nümayəndələri ilə danışıqlar apararaq, onları klubun strategiyasına etibar etməyə çağırıb.

Endrik isə komandada qalmağa və heyətdə yer almaq üçün mübarizə aparmağa meyllidir.

Xabi Alonsonun bu yay "Real"a baş məşqçi təyin olunmasından sonra braziliyalı əsas heyətdə bir dəqiqə belə oynamayıb.


Paylaş: