Millimizin oyunlarının saatı açıqlandı

  • Bu gün, 12:52

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futzal millisinin oyunlarının başlama saatı bəlli olub.

Sportlife.az xəbər verir ki, noyabrın 4-də baş tutacaq Liviya - Azərbaycan və 6-da təşkil ediləcək Özbəkistan - Azərbaycan görüşləri saat 17:00-da start götürəcək.

Səudiyyə Ərəbistanı - Azərbaycan matçı isə noyabrın 8-də, saat 20:00-da baş tutacaq.

Qarşılaşmalar Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində keçiriləcək.


Paylaş: