Salibadan "Real"la bağlı suala ikibaşlı cavab
"Arsenal"ın müdafiəçisi Uilyam Saliba "Real"ın onunla maraqlanması barədə yayılan şayiələrə cavab verib.
Sportlife.az xəbər verir ki, o, belə bir klubun maraq dairəsində olmağın qürurverici olduğunu bildirib:
"Amma ilk növbədə "Arsenal"la kuboklar qazanmaq istəyirəm. Bu, mənim əsas prioritetimdir".
Sentyabr ayında oyunçu "Arsenal"la müqaviləsini 2030-cu ilin yayına qədər uzadıb.
Qeyd edək ki, Saliba 2019-cu ildən London klubunda çıxış edir.