"Roma"da şok itki
"Roma"nın hücumçusu Paulo Dibala A Seriyasının 10-cu turunda "Milan"a 0:1 hesabı ilə uduzduqları oyunun sonlarında zədələnib.
Sportlife.az xəbər verir ki, 82-ci dəqiqədə 31 yaşlı argentinalı penalti zərbəsini qaçırbı, dərhal sonra isə bud əzələsində ağrı hiss edərək əvəzlənib.
Komandanın baş məşqçisi Can Pyero Qasperini forvardın ən azı milli fasilənin sonuna qədər oynamayacağını bildirib.