Ona da Yamalın diaqnozu qoyuldu
"Real"ın hücumçusu Franko Mastantuononun tibbi müayinəsinin nəticələri açıqlanıb.
Sportlife.az xəbər verir ki, 18 yaşlı futbolçuya xroniki qasıq zədəsi diaqnozu qoyulub. "Barselona"nın hücumçusu Lamin Yamala da əvvəllər eyni diaqnoz qoyulmuşdu.
İspaniyadakı ilk mövsümündə Mastantuono "Real"da 12 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.