Cerrard ruslara yenə "yox" dedi
Stiven Cerrard yenidən "Spartak"ın təklifini rədd edib.
Sportlife.az xəbər verir ki, Moskva klubunun nümayəndələri növbəti dəfə "Liverpul"un sabiq kapitanı ilə danışıqlar aparıblar.
Lakin o, beynəlxalq vəziyyətə görə hələ də Rusiyada işləməyi düşünmədiyini bildirib.
Qeyd edək ki, 45 yaşlı mütəxəssisin son iş yeri 2025-ci ilin yanvarında ayrıldığı Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu olub. Cerrard əvvəllər "Aston Villa", "Reyncers" və "Liverpul"un gənclər komandasını da çalışdırıb.