Cəbrayılov Rusiya klubundan göndərildi

  • Bu gün, 15:32

Tərxan Cəbrayılov "Krılya Sovetov"un baş direktoru vəzifəsindən azad edilib.

Sportlife.az xəbər verir ki, bu qərar Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev tərəfindən klubun Rusiya Premyer Liqasının 14-cü turunda "Dinamo Mahaçqala"ya 0:2 hesabı ilə məğlub olmasından dərhal sonra verilib. Cəbrayılov həmçinin klubun direktorlar şurasından da istefa verəcək.

Eyni zamanda Samara komandasının baş məşqçisi Maqomed Adıyevin noyabr ayındakı beynəlxalq fasilədə və ya dekabrda vəzifəsindən ayrılacağı da bildirilir. Sergey Bulatov baş məşqçi vəzifəsini icra edəcək.

Bu dəyişiklik də regional rəhbərliyin təşəbbüsüdür.


Paylaş: