Qvardiola: "Arsenal" da qol buraxmağa başlayacaq"

  • Dünən, 17:37

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 10-cu turunda "Bornmut" üzərində 3:1 hesablı qələbədən sonra komandasının hələ də çempionluq yarışında olub-olmadığı ilə bağlı sualı cavablandırıb.

Sportlife.az xəbər verir ki, ispan mütəxəssis hələ də qızıl medallara iddialı olduqlarını bildirib:

"Ümid edirəm ki, "Arsenal" bir gün qol buraxmağa başlayacaq. Bizə gəldikdə isə mübarizədə olduğumuzu hiss edirəm. Cəmi 10 oyun keçib. Hələ 28 oyun qalıb və hələ çox şey baş verə bilər. Komandanın gücləndiyi hissini qorumaq və ayaqda saxlamaq vacibdir".


Paylaş: