"Barselona" Reşforddan güzəşt gözləyir

  • Bu gün, 15:54

"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordu birdəfəlik transfer etmək üçün danışıqları davam etdirir.

Sportlife.az xəbər verir ki, İspaniya klubu 28 yaşlı forvardın maaşının azaldılmasına razılaşmasını gözləyir.

Bu məbləğ hazırda həftəlik 370.000 avrodur. Bunun müqabilində ona uzunmüddətli müqavilə təklif olunacaq.

Hazırkı icarə müqaviləsi 2026-cı il ilin yayınadək qüvvədədir. Hücumçu bu mövsüm 14 matçda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


Paylaş: