“Məğlub durumda olsaq da, sonda qalib gəldik“

  • Dünən, 21:23

"Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 10-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, o, 3:2 hesablı qələbə barədə bunları söyləyib:

“Çox maraqlı oyun oldu. Azarkeşlər 5 qola şahidlik etdilər. Güclü komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”da çox sayda texnikası mükəmməl olan oyunçular var. Çox sevincliyəm ki, məğlub durumda olsaq da, sonda qalib gəldik, dönüş etdik. Futbolçularımı buna görə təbrik edirəm”.


Paylaş: