"Sabah" yenə çempion oldu

  • Dünən, 18:57

Gənclər Liqasında XXXVI turun oyunları keçirilib.
 
Sportlife.az xəbər verir ki, “Sabah”ın U-19 komandası bu turda səfərdə “Zirə” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç Masazır təmsilçisinin böyük hesablı qələbəsi ilə nəticələnib – 4:0.
 
Qollara Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev imza atıblar. Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Qeyd edək ki, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv ötən mövsümdə də çempionluğa nail olmuşdu.

Paylaş: