
"Çelsi" şok təklif hazırlayır
"Real"ın hücumçusu Rodriqo karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, London klubu cinah oyunçusu üçün şok təklif hazırlayır.
Daha əvvəl mətbuatda Rodriqonun komandadakı rolundan narazı olduğu və Madrid klubundan ayrılmağı düşündüyü barədə məlumatlar yayılmışdı.
Bu mövsüm 24 yaşlı braziliyalı bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.