
"Bu klub ölməməlidir"
"Mançester Yunayted"in müdafiəçisi Dioqo Dalot Avropa Liqasının finalında "Tottenhem"ə 0:1 hesablı məğlubiyyəti şərh edib.
Sportlife.az xəbər verir ki, futbolçu klubda çox şeyin dəyişməli olduğunu bildirib:
"Bu klub ölməməlidir və heç vaxt ölməyəcək. Bu məğlubiyyət dəyişmək üçün ilk addımdır. Gündəlik davranışımız da daxil olmaqla, çox şeyi dəyişdirməliyik. Klubda standartlar daha yüksək olmalıdır".