
"Sabah" beynəlxalq turnirdə
“Sabah”ın U-12 komandası beynəlxalq turnirdə iştirak edəcək.
Sportlife.az xəbər verir ki, komanda Türkiyənin Rizə şəhərində təşkil olunacaq “Rize Cup” turnirində qüvvəsini sınayacaq.
Turnirdə “Sabah”la yanaşı, Türkiyədən “Başakşəhər”, “Fənərbağça”, “Qaziantep”, “Gənclərbirliyi", “Rizəspor” və “Samsunspor”, həmçinin Gürcüstanın “Dinamo” (Batumi) komandaları iştirak edəcək.
“Rize Cup” 29 may – 1 iyun tarixlərində keçiriləcək.