"Vicdan əzabı çəkirik"

  • Bu gün, 15:33

"Mançester Yunayted"in müdafiəçisi Lyuk Şou Avropa Liqasının finalında "Tottenhem"ə məğlubiyyətdən (0:1) sonra fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, ingiltərəli futbolçu vicdan əzabı çəkdiklərini bildirib:

"Düzünü desəm, belə nəticə gözləmirdik. Təkcə bu matçda deyil, bütün mövsüm ərzində yaxşı çıxış etmədik. Hər birimiz özümüzə sual verməliyik: bu klubda qalmaq üçün kifayət qədər yaxşıyıqmı? “Mançester Yunayted” kimi bir komanda üçün bu cür mövsümlər qəbuledilməzdir. Hamımız bunu bilirik, mən də bilirəm. Bu komandamızın olmalı olduğu yer deyil. İndi biz ən dibdəyik və layiq olduğumuz yerə qayıtmağın bir yolunu tapmalıyıq".


Paylaş: