
"Mançester Yunayted"də baş məşqçi qərarı
"Mançester Yunayted" Ruben Amorimi istefaya göndərməyəcək.
Sportlife.az xəbər verir ki, Avropa Liqasının finalında məğlubiyyətə baxmayaraq, portuqaliyalı mütəxəssis növbəti mövsümdə də komandanı çalışdıracaq.
40 yaşlı məşqçi 2024-cü ilin noyabrından İngiltərə klubunda çalışır. Onun müqaviləsi 2027-ci il iyunun 30-na kimidir.