
Qrup lideri kimi pley-offda
Basketbol üzrə Azərbaycan çempionatında müntəzəm mövsümün sonuncu turuna start verilib.
Sportlife.az xəbər verir ki, XX turun açılış oyunu B qrupunda keçirilib. Lider “Şəki” səfərdə “Lənkəran”la qarşılaşıb.
Lənkəran Olimpiya İdman Kompleksində reallaşan matç qonaqların üstünlüyü ilə başa çatıb - 107:78.
Bununla da müntəzəm mövsümdə 36 xal toplayan “Şəki” pley-offa qrup lideri kimi vəsiqə qazanıb. Meydan sahibləri isə 23 xalla sonuncu – altıncı pillədə qalıb.