Rusiya və Belarusla bağlı qadağa uzadıldı

  • Dünən, 17:12

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya və Belarus komandalarının təşkilatın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması müddətini uzadıb.

Sportlife.az xəbər verir ki, diskvalifikasiya dövrü FIBA ​​Mərkəzi Şurasının bu ilin mayında keçiriləcək növbəti iclasına qədər uzadılıb.

Qeyd edək ki, 2022-ci ilin martında FIBA ​​Ukrayna ətrafında yaranmış vəziyyətə görə , Rusiya və Belarus milliləri ilə klublarının öz bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.


Paylaş: