İngiltərənin 6 klubu ÇL-də

  • Bu gün, 11:45

UEFA Avropa Liqasının finalında "Mançester Yunayted" və "Tottenhem" qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, turnirin qalibi 2025/2026 mövsümü üçün Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq.

Beləliklə, növbəti mövsüm Avropanın ən nüfuzlu klub turnirində İngiltərə çempionatının 6 klubu oynayacaq.

Hazırda “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində 15-ci, “Tottenhem” isə 16-cı yerdədir. Komandalar milli çempionat vasitəsilə Çempionlar Liqasına vəsiqə qazana bilməyəcək.

Premyer Liqada ilk "5-lik"də hazırda "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl" və "Çelsi" qərarlaşıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 21-də "San Mames" stadionunda keçiriləcək.


Paylaş: