"Sabah"ın baş məşqçisi eyni zamanda Litva millisini də çalışdıracaq

  • 1 Oktyabr 2024, 22:13

"Sabah"ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Litva millisini də çalışdıracaq.

Sportlife.az xəbər verir ki, 64 yaşlı mütəxəssis iki komandanı eyni zamanda idarə edəcək. Onun qarşısına Litva millisini 2028 Olimpiya Oyunlarına aparmaq məqsədi qoyulub.

Kurtinaytis bu ilin yanvarından "Sabah"a başçılıq edir. O, komandanı Azərbaycan çempionu etməyi bacarıb.


Paylaş: