
Millimiz 3 ölkənin yığması ilə hazırlaşır
Kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.
Sportlife.az xəbər verir ki, hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Göygöldən sonra Bakıda davam etdirilir.
Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Gürcüstan və Qazaxıstan milliləri də iştirak edirlər. Hazırlığa həmçinin özbəkistanlı boksçular da qoşulublar. Birgə məşqlər aprelin 10-da yekunlaşacaq.