16 yaşlı futbolçu tarixə keçdi
"Milan"ın futbolçusu Françesko Kamarda İtaliya futbolunun tarixinə düşüb.
Sportlife.az xəbər verir ki, 16 yaşlı hücumçu dünən gecə "Brügge" ilə oyunda 75-ci dəqiqədə meydana daxil olaraq Çempionlar Liqasında debüt edib. O, ÇL-da oynayan ən gənc italiyalı futbolçu olub.
Ondan əvvəlki rekord Moyze Kinə məxsus idi.
Görüş "Milan"ın 3:1 hesablı qələbəsiylə başa çatıb. Kamarda 87-ci dəqiqədə fərqlənsə də, qol ofsayda görə qeyd alınmayıb.