Çempionlar Liqası: "Borussiya" PSJ-ni məğlub etdi

  • 2 May 2024, 01:06

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Sportlife.az xəbər verir ki, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.


Paylaş: