Gürcüstan Çempionlar Liqasının finalına ev sahibliyi etmək niyyətindədir

  • 23 Aprel 2024, 14:42

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkəsinin 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət etməyi planlaşdırdığını bildirib.

Sportlife.az xəbər verir ki, Tbilisidə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək və bu, ən yüksək müasir standartlara cavab verəcək.

Gürcüstan finalı məhz burada keçirmək istəyir.


Paylaş: