
Salah PSJ ilə oyundan sonra ağladı
"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə PSJ-yə penaltilər seriyasında 1:4 hesabı ilə uduzub.
Sportlife.az xəbər verir ki, mersisaydlıların əsas ulduzu Məhəmməd Salah oyun bitdikdən sonra göz yaşlarını saxlaya bilməyib.
Misirli foravrd penaltilər seriyasında Canluici Donnarummanın qapısına qol vuran yeganə "Liverpul"lu olub.
Qeyd edək ki, PSJ 1/4 finalda "Aston Villa" - "Brügge" matçının qalibi ilə qarşılaşacaq.