Vinisius, yoxsa Hummels?

  • 2 May 2024, 11:11

UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.

Sportlife.az xəbər verir ki, aprelin 30-da və mayın 1-də yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

"Real Madrid"in hücumçusu Vinisius Junior və "Borussiya"nın müdafiəçisi Mats Hummels fəxri ad uğrunda mübarizə aparır.

Bu həftə "Borussiya Dortmund" PSJ-ni məğlub edib (1:0), "Bavariya" isə "Real Madrid"lə heç-heçə oynayıb (2:2). Cavab görüşləri gələn həftə baş tutacaq.

Həftənin ən yaxşı oyunçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.


Paylaş: