Daha 4 cüdoçumuz çempionluq arzusunda

  • 14 Aprel 2024, 12:46

Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulacaq.

Sportlife.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaqlar.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.


Paylaş: