Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq

  • 23 Aprel 2024, 11:42

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada cari mövsümün son oyunu keçiriləcək.

Sportlife.az xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında baş tutacaq görüş saat 16:00-da start götürəcək.

“Azərreyl” yarımfinalda “Gəncə”ni, “Abşeron” isə “Murov Az Terminal”ı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

 


Paylaş: