Neymar yetirməsi olduğu kluba qayıdır
Brazilyalı futbolçu Neymar ölkəsinə qayıtmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, 32 yaşlı forvard yetirməsi olduğu "Santos"a transfer olacaq. Hazırda onun klubu "Əl-Hilal"la olan müqaviləsini ləğv etmək üçün danışıqlar gedir.
Neymar 2009-13-cü illər arasında "Santos"da çıxış edib. O, Braziliya klubunda 225 oyuna 136 qol vurub.