Oliveyra Qeyci ilə döyüşmək istəmir

  • 2 May 2024, 15:47

Yüngül çəkidə keçmiş UFC çempionu Çarlz Oliveyra (34-10) deyib ki, o, reytinqdə üçüncü yeri, Castin Qeycini (25-5) gözləmək fikrində deyil.

Sportlife.az xəbər verir ki, döyüşçü bu barədə "MMA Junkie"yə danışıb.

“Qeyci altı ay fasilə vermək istəyir? Hər şeyi düzgün edir. Onun sırf kiməsə nəyisə sübut etmək üçün döyüşməsinin mənası yoxdur. O, ancaq hazır olanda döyüşməlidir. Şəxsən mən fasilə vermək istəmirəm. Mümkün qədər tez mübarizə aparmaq istəyirəm. Mən Qeycini gözləməyəcəyəm, o, mənim planlarıma uyğun gəlmir”, - deyə Oliveyra bildirib.


Paylaş: