Orxan Məmmədov millimizin baş məşqçisi ilə görüşdü

  • 28 Mart 2024, 12:17

Azərbaycan Minifutbol Federasiyasının növbəti iclası keçirilib.

Sportlife.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantıda cari ildə nəzərdə tutulan tədbirlərlə bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib.

AMF-nin prezidenti Orxan Məmmədov qarşıdan gələn Avropa çempionatına yollanacaq millinin baş məşqçisinin hazırlıq planı ilə tanış olub və komandaya uğurlar arzulayıb.


Paylaş: