"Əl-Hilal"dan fantastik göstərici

  • 27 Aprel 2024, 12:55

"Əl-Hilal" Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda evdə "Əl-Fateh"lə qarşılaşıb.

Sportlife.az xəbər verir ki, matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.

Bu, “Əl-Hilal”ın çempionatda ardıcıl 21-ci qələbəsidir. Klub 80 xalla turnir cədvəlinə liderlik edir. Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl Nəsr” 68 xalla 2-cidir. "Əl-Fateh" isə 40 xalla 6-cı yerdədir.

 

Qeyd edək ki, Ər-Riyad təmsilçisinin heyətində Neymar, Aleksandar Mitroviç, Xalidu Kulibali kimi ulduz futbolçular çıxış edir. Neymar uzun müddətdir zədə səbəbindən meydana çıxmır.

"Əl-Hilal" - "Əl-Fateh" - 3:1

Qollar: Maykl, 58, Neves, 74, Abdulayhi, 90+15 - Zalerayan, 57


Paylaş: