"Napoli"də hədəf Piolidir

  • 9 May 2024, 15:36

"Napoli" növbəti mövsümdən komandanı Stefano Pioliyə etibar etmək istəyir.

Sportlife.az xəbər verir ki, Neapol klubu təcrübəli mütəxəssisə 2+1 illik müqavilə önərib. Pioli bu təklifi qəbul edərsə, illik 3 milyon avro qazanacaq.

58 yaşlı mütəxəssis 2019-cu ildən "Milan"ı çalışdırır. Onun mövsümün sonunda "qırmızı-qaralar"dan ayrılacağı gözlənilir.


Paylaş: