"Kəpəz" legioneri ilə anlaşa bilmədi

  • 17 May 2024, 21:06

"Kəpəz" bir müddətdir danışıq apardığı legioneri ilə razılaşa bilmir.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, söhbət Mate Kvirkviyadan gedir. Gürcüstanlı futbolçu maaşının artırılmasını tələb etsə də, rəhbərlik onunla razılaşmayıb.

Belə ki, "Kəpəz"in aylıq 10 min dollar təklifinə oyunçu "yox" deyib. O, klubdan 14 min dollar istəyir. Bu səbəndən də tərəflər razılığa gələ bilməyib.

Artıq təcrübəli futbolçunun özünə klub axtarışında olduğu bildirilir.


Paylaş: