"Sumqayıt" Bolqarıstan klubuna 100 min ödəmək istəmir

  • 17 May 2024, 20:06

"Sumqayıt" növbəti mövsümün planlamasına başlayıb.

Sportlife.az saytının əldə etdiyi məlumata görə, "kimyaçılar"ın legioneri Oktaviyo Manteka mövsüm sonu klubdan ayrıla bilər. O, müqavilə ilə məxsus olduğu "ÇSKA 1948" komandasına dönəcək.

"Sumqayıt" Bolqarıstan təmsilçisinin tələb etdiyi 100 min dollar təzminat məbləğini ödəmək istəmir. Ancaq futbolçunun "Sumqayıt"da qalmaq istədiyi bildirilir.

Əgər transfer məbləği aşağı salınarsa, tərəflərin az da olsa, razılığa gəlmək şansı mövcuddur.


Paylaş: