"Lill"i "Marsel"ə dəyişəcək

  • 9 May 2024, 16:54

"Lill"in baş məşqçisi Paulu Fonsekanın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportlife.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Marsel"in yeni baş məşqçisi ola bilər. Bu barədə məlumatı italiyalı insayder Canluka Di Marzio verib.

Fonseka 2022-ci ilin yayından "Lill"də çalışırdı. Onun komandası hazırda Fransa çempionatında 55 xalla 4-cü yerdədir.


Paylaş: