“Uşu idman növünün gələcəyi əmin əllərdədir” - AÇIQLAMA

  • 9 May 2024, 11:01

“Uşu idman növünün gələcəyi əmin əllərdədir”.

Bunu Sportlife.az-a açıqlamasında uşu üzrə millimizin lideri Elçin Eminov deyib.

Təcrübəli idmançımız gənclər arasında Avropa çempionatının yekununu Azərbaycan üçün yüksək qiymətləndirib: “Ölkəmiz üçün böyük nailiyyətdir. 7 idmançı ilə iştirak etdiyimiz qitə turnirində 3 qızıl, 2 gümüş medal qazandıq. Xüsusilə, Amin Əlili, Hamza Rəsulzadə, Orxan Hətəmovu qeyd etmək istərdim. Bütün rəqiblərinə qarşı inamla çıxış etdilər. Hamısını məğlub edib, çempion oldular. Gün keçdikcə uşu idman növündə böyük irəliləyiş hiss olunur.

 

Qulammirzə Səfərli


Paylaş: