
Müller Mayerə çatdı
"Bavariya"nın oyunçusu Tomas Müller hazırda davam edən "Hoffenhaym"la oyuna start heyətində başlayıb.
Sportlife.az xəbər verir ki, bununla da Müller Münhen klubunun heyətində 473-cü Bundesliqa oyununa çıxıb.
O, əfsanə Zepp Mayerə çataraq "Bavariya"nın heyətində Bundesliqada ən çox oyuna çıxan 2 futbolçudan biri olub.