“Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar” - Rəşad Sadıqov

  • 18 May 2024, 19:31

- Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi "Səbail"lə bundan da vacib oyun gözləyir.

Sportlife.az xəbər verir ki, bu sözləri "Kəpəz" - "Zirə" (0:1) görüşündən sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov deyib. O, daha sonra VAR-da əcnəbi hakimlərin olmağı ilə bağlı sualı cavablandırıb.

- Əcnəbi VAR hakimlərinin Premyer Liqa oyunlarına təyinatını necə dəyərləndirirsiniz?

- Məsələ bizim hakimlərin səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq.


Paylaş: