
Adil Şükürov: “Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır”
"Kəpəz" Azərbaycan Premyer Liqasının 35-ci turunda öz meydanında "Zirə"yə 0:1 hesabıyla məğlub olub.
Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında ilk öncə görüşlə bağlı fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır.
- Rəqibin qolundan öncəki epizod barədə fikirləriniz necədir?
- Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.
- Oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?
- Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.