"Bölgələrdə kikboksinqin inkişafı üçün əlimizdən gələni edirik" - AÇIQLAMA

  • 9 May 2024, 10:20

"Bölgələrdə kikboksinqin inkişafı üçün əlimizdən gələni edirik".

Bunu Sportlife.az-a açıqlamasında yeniyetmə və gənc kikboksçulardan ibarət milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə kikboksinq idman növünün respublikamızda kütləviliyinə nail olmaq üçün müxtəlif bölgələrdə mütəmadi olaraq seminarlar keçirilir: "Müxtəlif vaxtlarda fərqli regionlarda seminarlar keçiririk. Hədəf kikboksinq idman növünü daha çox təbliğ etmək, gəncliyimizi idmana istiqamətləndirməkdir. Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə belə seminarlar bütün bölgələrimizdə keçiriləcək. Mən inanıram ki, bütün bunlar kikboksinqin daha da kütləvi hal almasına təkan verəcək. Bunun üçün əlimizdən gələni edirik".

 

Qulammirzə Səfərli


Paylaş: