"Çox inanırdım ki, o zərbə qol olacaq" - MÜSAHİBƏ

  • 7 May 2024, 21:11

“Kəpəz”in müdafiəçisi Elçin Əlicanovun Sportlife.az-a müsahibəsini təqdim edirik.

Səncə “Sumqayıt”la oyunda xal almağınızda əsas məqam ortaya qoyduğunuz xarakter oldu?

- “Sumqayıt”la oyun yaxşı və maraqlı keçdi. Biz sona qədər çalışdıq. Şükür Allaha ki, əziyyətimiz hədər olmadı.

Son dəqiqədə qol vurub, komandanı məğlubiyyətdən qurtardın. İnanırdın o zərbənin qol olacağına?

- Şükürlər olsun ki, komandanı məğlubiyyətdən xilas edən qolu vurdum. Buna görə də çox şadam. Bəli, çox inanırdım ki, o zərbə qol olacaq. Allahın izni ilə, bu, reallaşdı.

8-ci yerdə olsanız da, “Araz-Naxçıvan”la xallarınız eynidir. Qalan oyunlarda konkret hədəf nədir?

- Qalan turlarda hədəfimiz xal və ya xallar qazanmaqdır. Son 3 turu çalışacağıq ki, maksimum xal qazanaq.

Qarşıda “Kəpəz”i “Neftçi” ilə çətin oyun gözləyir. Həmin matçdan gözləntilərin nədir?

- “Neftçi” ilə oyunumuz gərgin və maraqlı keçəcək. Ümid edirəm ki, xallar qazanacağıq.

Mövsüm başa çatmaq üzrədir. Komandada qalmaq və ya getmək kimi planların var?

- Komandada qalıb-qalmamağım barədə heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək.

 

Qulammirzə Səfərli


Paylaş: