Navasdan ömürlük müqavilə

  • 18 May 2024, 16:40

Xesus Navas "Sevilya" ilə ömürlük müqavilə imzalayıb.

Sportlife.az xəbər verir ki, ötən günlərdə təcrübəli oyunçunun mövsümün sonunda "Sevilya"dan ayrılacağı açıqlanmışdı. 

Navas bu ilin sonuna qədər İspaniya klubunda futbolçu kimi çıxış edəcək. O, daha sonra karyerasını bitirəcək və klubda özü istədiyi vəzifəni tutacaq. 

Təcrübəli oyunçu ilin sonuna qədər futbolçu olduğu müddətdə klubdan heç bir maaş almayacaq.


Paylaş: