Roys sonuncu dəfə “Siqnal İduna Park”a çıxır
Bu gün Bundesliqanın sonuncu turunda "Borussiya" evində "Darmştadt"ı qəbul edir.
Sportlife.az xəbər verir ki, bu oyunla Marko Roys sonuncu dəfə "Siqnal İduna Park"a çıxır.
Roysun 12 illik "Borussiya" karyerası mövsümün sonunda başa çatacaq.
Təcrübəli oyunçu Dortmund klubunda 427 oyuna 169 qol vurub.