Ruslan Lunyov: "Hədəfim olimpiya medalını qazanmaqdır"

  • 22 Aprel 2024, 13:15

“Olimpiadaya hazırlıq yaxşı gedir. Hər şey qaydasındadır. Hədəfim olimpiya medalını qazanmaqdır”.

Bunu Sportlife.az-a açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan atıcımız Ruslan Lunyov deyib.

Ötən ilin Avropa çempionatında 2-ci yeri tutaraq olimpiadaya lisenziya əldə edən idmançımız bu dəfə daha uğurlu olacağına inanır: "Məncə, əvvəlki olimpiadalara baxanda Parisdəki yarış daha uğurlu olmalıdır. Rioda gənc idim. Tokioda isə pandemiya dövrünə görə yaxşı iştirak edə bilmədim. 2021-ci ilin mart və ya aprel ayına kimi bağlı məkanlarda məşq etməyə icazə yox idi. Sonradan məşqlərə başladım. Qışda ata bilməmişdim. Bu dəfə hazırlıq dövrü istədiyim kimi keçdi”.

Ruslan Lunyov eyni zamanda millimizin digər üzvü Nigar Nəsirovaya böyük ümidlər bəslədiyini bildirib: “Tapança atıcımız Nigar Nəsirovaya çox inanıram. Mayda Avropa çempionatı var. Orada iştirak edəcək. Ümid edirəm ki, həmin yarışda uğurlu çıxışı ilə olimpiadaya lisenziya qazanacaq”.


Paylaş: