Azərbaycanlı boksçu qızıl medal qazandı

  • 28 Mart 2024, 16:46

Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinin final oyunları davam edir.

Sportlife.az xəbər verir ki, Azərbaycanın iki boksçusu qızıl, biri isə gümüş medal qazanıb. 48 kiloqramda mübarizə aparan Həsən Məlikov finalda qazaxıstanlı Temirtas Zussupoya qalib gələrək qızıl medalın sahibi olub. Şamil Əsgərov isə 57 kiloqramda həlledici görüşdə özbəkistanlı Xudoynazar Fayzova qalib gələrək qızıl medal əldə edib. Digər boksçumuz Əzrək Bəbirov ( 60 kiloqram) qazaxıstanlı Talqat Sirimbetova məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışda 11 ölkədən 121 idmançı mübarizə aparır.


Paylaş: