"Atletiko"nun futbolçusuna bıçaq atdılar

  • 22 Aprel 2024, 23:11

Kolumbiya çempionatının 18-ci turunun oyunu zamanı naməlum şəxs tribunadan "Atletiko Nasional"ın yarımmüdafiəçisi Pablo Seppelyiniyə bıçaq atıb.

Sportlife.az xəbər verir ki, Seppelyinin komandası "İndependiente Medellin"lə qarşılaşıb (2:2).

İkinci hissədə futbolçu künc zərbəsini yerinə yetirmək istəyərkən tribunadan ona bıçaq atılıb. Futbolçunun başına əşya dəyib və ona tibbi yardım göstərilib. Bir qədər fasilədən sonra görüş iştirakçılarının razılığı ilə matç başa çatıb.

Seppelyini özü oyun bitdikdən sonra dedi ki, qanaxma var, amma yaranın tikilməsi lazım deyil.


Paylaş: